Azərbaycanda yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri və tunel daxili yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.
“İki sahil” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, divarları, tuneldaxili yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir tirlər və s. xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.
"Sürücülərdən xahiş olunur ki, iş aparılan ərazilərdə diqqətli olsunlar, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etsinlər", - deyə agentlik bəyan edib.
Dövlət qulluqçusunun əməyinin qiymətləndirilməsində yeni meyarlar: Daha şəffaf, daha ədalətli, daha nəticəyönümlü...
AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri” dövlət standartının təqdimatı keçirilib