20 fevral 2024 14:08
493

Abşeronun içməli su təchizatı məqsədilə yaradılmış ilk su mənbəyi - Şollar-Bakı Su Təchizatı Qurğuları

Bu gün dünyanın unikal su təchizatı qurğularından sayılan, dövrünün ən uzun su kəməri olan Şollar-Bakı kəmərinin istifadəyə verilməsindən 107 il keçir.

“İki sahil” xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bununla bağlı paylaşım edib.

Şollar-Bakı Su Təchizatı Qurğuları Abşeron yarımadasında içməli su təchizatı məqsədilə yaradılmış ilk su mənbəyidir. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında yaradılan su mənbəyi və Şollar-Bakı su kəmərinin tikintisinə 1911-ci ildə başlayıb və 1917-ci ildə başa çatdırılıb. Layihənin icrasında əsasən əl əməyindən istifadə olunub. Şollar mənbəyinin suyu H.Z.Tağıyev qəsəbəsinə qədər özüaxımlı rejimdə ötürülür. 1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. "Şollar" ilin bütün dövründə orta hesabla 1200-1300 litr/saniyə su verir.