Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər böyük əhəmiyyət kəsb edir. Məmnuniyyət hissi ilə bildirirəm ki, Estoniya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı anlaşma və ölkələrimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət kimi möhkəm təməl üzərində qurulub.
Qarşıdakı illərdə Estoniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır