21 fevral 2024 11:38
373

“Qalatasaray”ın “Sparta Praqa”ya qarşı XÜSUSİ HEYƏTİ

Baş məşqçi Okan Buruk Avropa Liqasının son 16 pley-off mərhələsinin cavab matçında sabah Sparta Praqa ilə qarşılaşacaq "Qalatasaray" üçün planını hazırlayıb.

Qeyd edək ki, "Qalatasaray" sabah Avropa Liqasının son 16-nın pley-off mərhələsinin cavab matçında "Sparta Praqa" ilə qarşılaşacaq. Qarşılaşmadan əvvəl sarı-qırmızılıların planı müəyyənləşib.

Məşqçi Okan Buruk ilk matçda yaşanan problemləri nəzərə alaraq bəzi gedişlər edəcək.

O.Burukun planına görə, sol cinahda adı Avropa siyahısında olmayan Köhn yerinə Barış Alper oynayacaq. Bu qərarda rəqib komandanın sağ cinah müdafiəçisi Presiadonun ilk görüşdəki çıxışının təsiri olduğu bildirilib.

Bu gün komanda ilə məşqlərə qatılacaq Kaan Ayhanın sarı-qırmızılıların sağ müdafiəçisi kimi yer alacağı bildirilir. Əbdülkerim Bardakcı isə cəzalı olan Nelssonun yerinə “Qalatasarayı”ın müdafiəsinin mərkəzində oynayacaq. Torreyra Praqada yenidən formasını geyinəcək. O.Burukun sağ cinahında Tetenin yer alacağı bildirilib.

Orxan Vahidoğlu, "İki sahil"