Fevralın 21-də Türkiyə lirəsi (TL) ABŞ dolları və digər xarici valyutalar qarşısında tarixi minimumunu yeniləməkdə davam edib.
“İki sahil” xəbər verir ki, Türkiyədə dollar 30,96 TL, avro isə 33,50 TL səviyyəsinə qədər bahalaşıb. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 2,5%, son 6 ayda isə 14% bahalaşıb. Avroda isə müvafiq olaraq 1,7% və 15% bahalaşma müşahidə edilib.
Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 30,84 TL, satış üzrə 30,89 TL müəyyən edib.
Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının fevralın 21-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0550 manata ticarət edilir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır