21 fevral 2024 14:16
394

Azərbaycan və Rusiya səfirləri Belarusda regional məsələləri müzakirə ediblər

Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Rusiyanın Belarusdakı səfiri Boris Qrızlovla görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin inkişaf perspektivləri, o cümlədən regional məsələlər və qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər müzakirə olunub.