21 fevral 2024 14:34
341

"Bavariya" mövsümün sonunda baş məşqçisi ilə vidalaşacağını açıqlayıb

Almaniyanın "Bavariya" klubu baş məşqçisi Tomas Tuhellə bağlı qərarını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Münxen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 50 yaşlı mütəxəssis mövsümün sonunda komandadan ayrılacaq.

Qeyd edək ki, Tuhel ötən ilin martında baş məşqçi təyin olunmuşdu.