21 fevral 2024 16:39
322

Hakimi təhqir edən klub rəhbəri və futbolçu cəzalandırılıb

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Mil” (Beyləqan) klubunun rəhbəri Röyal Babayev 5 oyunluq cəzalandırılıb.

“İki sahil” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna funksionerin Saatlının "Ümid" komandası ilə görüşdə hakimi təhqir etməsi səbəb olub.

Eyni turnirdə mübarizə aparan "Bərdə"nin futbolçusu Rəcəb Zaidov da diskvalifikasiya edilib. O, "Göyəzən"lə matçda referini təhqir etdiyi üçün 4 oyunluq cəzaya məruz qalıb.