21 fevral 2024 19:25
322

Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması istiqamətində növbəti tədbir keçirilib.

“İki sahil” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadən xəbər verir ki, keçirilmiş tədbirlərlə rayon sakinindən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.