19 mart 2026 15:30
155

Bakı Novruza hazırdı: DƏNİZKƏNARI BULVARDAN FOTOREPORTAJ

Paytaxtımız Bakı Novruzun gəlişini böyük coşqu və ruh yüksəkliyi ilə qarşılayır. Şəhərin hər bir guşəsi bayram ovqatına bürünüb, küçələrdə baharın nəfəsi, insanların üzündə isə sevinc və ümid duyulur. Xəzərin sahilində yerləşən möhtəşəm Dənizkənarı Bulvar da bu bayram ab-havasının ən gözəl əks olunduğu məkanlardan biridir.

Bu əlamətdar günlər münasibətilə “İki sahil” olaraq Novruz bayramı münasibətilə Dənizkənarı bulvarda paytaxtımızın sakinləri və qonaqları üçün hazırlanmış xüsusi bayram guşəsində fotoçəkiliş apardıq.

Dalğaların sakit pıçıltısı, bahar küləyinin zərif toxunuşu və günəşin ilıq şəfəqləri fonunda çəkilən kadrlar sanki Novruzun ruhunu özündə əks etdirirdi.  Hər bir şəkil baharın oyanışını, təbiətin yenilənməsini və insanların qəlbində doğan təzə ümidləri dilə gətirirdi. Bu çəkilişlər təkcə bir xatirə deyil, həm də qədim və zəngin ənənələrimizi yaşadan Novruz bayramının gözəlliyini, Bakının isə bu gözəlliyi necə zərifliklə qucaqladığını nümayiş etdirən bədii bir salnamə oldu.

Yaqut Ağaşahqızı,”İki sahil”