22 fevral 2024 10:55
409

MM sədri: Azərbaycan qlobal arenada beynəlxalq hüququ və ədaləti qətiyyətlə müdafiə edir

Azərbaycan qlobal arenada beynəlxalq hüququ və ədaləti qətiyyətlə müdafiə edir.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fələstin məsələsində Azərbaycanın mövqeyi prinsipial və ardıcıldır: "Azərbaycan bu məsələnin beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq iki dövlət prinsipi əsasında həllini qətiyyətlə dəstəkləyir".