22 fevral 2024 13:10
358

Ali Məclisin növbəti plenar iclası keçiriləcək

Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyası üzrə növbəti plenar iclası keçiriləcək.

“İki sahil” AZƏRTAC-ın Naxçıvan bürosuna istinadla xəbər verir ki, sessiyanın iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə çıxış etməsi barədə, bəzi normativ hüquqi aktlara düzəlişlər edilməsi və digər məsələlərin müzakirə olunması nəzərdə tutulur.