Azərbaycanın sədrlik etdiyi Asiya Parlament Assambleyası (APA) regional və qlobal problemlərin həlli istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy APA-nın Bakıda keçirilən 14-cü Plenar Sessiyasında çıxışı zamanı deyib.
“Türkiyə Asiya Parlament Assambleyasına çətin bir dövrdə sədrlik edib. Türkiyəli həmkarlarımızın və bu ölkə parlamentinin sədri Numan Kurtulmuşun bu məsələdə dəyərli töhfəsini də qeyd etmək istərdim. Əminəm ki, Azərbaycanın sədrliyi ilə keçirilən Assambleya regional və qlobal problemlərin həllində ölkələrimizin parlamentlərinin səylərinin əlaqələndirilməsini və səmərəli fəaliyyətini davam etdirəcək”, - o bildirib.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır