7 fevral seçkilərindən sonra Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransına dəvət edilməsi, bütövlükdə Qərbin Azərbaycana münasibətini göstərir
Son dövrlər Azərbaycanın guya Qərblə problemlərinin olması barədə süni informasiya küyü yaradılıb. Bu məqsədli şəkildə bəzi dairələr tərəfindən qəsdən dövriyyəyə buraxılır. Azərbaycan bu gün Avropa İttifaqına üzv dövlətlərin üçdə biri ilə enerji təhlükəsizliyi sahəsində strateji partnyordur. Bir il ərzində cənab Prezidentin Avropa ölkələrinə dəfələrlə səfərləri reallaşıb. Eyni zamanda, Avropa ölkələrinin rəhbərlərinin ölkəmizə çoxsaylı səfərləri olubdur. Serbiya prezidenti Aleksandar Vuçiç, Bolqarıstan prezidenti Rumen Radev, Bosniya və Hersoqovina rəhbəri, Macarıstanın baş naziri Viktor Orban da daxil olmaqla Avropanın bir çox ölkə rəhbərləri Prezident İlham Əliyevə şəxsi simpatiyalarını və Azərbaycan dövlətinə olan sayqını ən yüksək formada ishar ediblər.
Bu fkirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Politoloq qeyd edib ki, 7 fevralda keçirilən Azərbaycan Prezidenti seçkilərindən sonra İlham Əliyevin Almaniya Kansleri Olaf Şolts tərəfindən təbrik edilməsi və Münxen Təhlükəsizlik Konfransı kimi dünyanın ən önəmli siyasi toplantısına dəvət edilməsi, bütövlükdə Qərbin Azərbaycana münasibətini göstərir: “Adıçəkilən konfransda qarşı tərəfin istəyi ilə ABŞ dövlət katibinin, ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi, təcrübəli siyasətçi Con Kerri və digərlərinin Prezident İlham Əliyevlə görüşməsi Azərbaycanla münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu göstərir”.
“Bütövlükdə bu gün Azərbaycanı hansısa siyasi oxdan uzaqlaşmış kimi təqdim etmək Ermənistan və onun havadarlarının işinə yarayır” deyən T.İsmayılov bildirib ki, bəlli qüvvələr qəsdən bu mövzuda manipulyasiyalar edərək Azərbaycanın sanki Qərb siyasi institutları və Qərb dövlətləri ilə uçuruma doğru gedən münasibətinin olduğu haqqında dezinformasiyalar yayırlar: “Baş verən hadisələr isə göstərir ki, bu gün Azərbaycan qlobal gündəliyi formalaşdırır. Qoşulmama Hərəkatına uğurlu sədrlikdən sonra bütün dünyanın COP29 kimi BMT-nin ən nüfuzlu və dünya üçün ən vacib tədbirlərindən birinə ev sahibliyinin Azərbaycana verilməsi ölkəmizin artıq beynəlxalq münasibətlər sistemində yüksək pilləyə yüksəldiyini bir daha göstərir. Ona görə də Azərbaycanla Qərb arasında hansısa problemlərin olması barədə yaradılan süni, “gündəmin” də heç bir rasional izahı ola bilməz”.
Günel Cəlilova, "İki sahil"
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır