16 fevral 2018 19:55
2035

YAP Xəzər imza toplama kompaniyasını uğurla həyata keçirir

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün  imzatoplama kampaniyasına start verildi.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirdi ki, seçki prosesinə ciddi şəkildə hazırlaşırıq. Biz öz işimizi partiyanın proqramı və seçki məcəlləsinin  müdəalarına uyğun planlı şəkildə davam etdiririk. Qeyd edim ki, Xəzər rayonu üzrə 2 seçki dairəsi mövcuddur. 13 saylı Xəzər-Pirallahı seçki dairəsi və 14 saylı Xəzər Seçki Dairəsi. Artıq qərargahda seçkilərə hazırlıqla bağlı bir sıra tədbirlər görülüb. Belə ki, partiyanın namizədi üçün seçici imzası toplayacaq 18 partiya fəalı müəyyənləşib. Həmin 18 nəfər rayon ərazisini yaxşı tanıyan, seçki təcrübəsi olan insanlardır. Bu gündən artıq imzatoplama kompaniyası uğurla həyata keçirilir. Seçicilər böyük aktivlik nümayiş etdirilər.