Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası başa çatıb.
“İki sahil” xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edib.
Plenar sessiyanın ikinci günündə APA-nın daimi komitələrinin hesabat məruzələri dinlənilib. Sonra Bəhreyn, İraq, Qətər, Rusiya Azərbaycanın sədrlik etdiyi APA-nın 2024-cü il üçün sədr müavinləri qismində seçilib.
Daha sonra Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasının (ASGAP) APA-ya müşahidəçi statusu məsələsinə baxılıb.
Sessiyasının sonunda Bakı Bəyannaməsi və Assambleyanın yekun hesabatı qəbul edilib.
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
TBMM rəsmisi: Münasibətlərimizi qardaşlıqla yanaşı, birliyimizin gücü anlayışı ilə gələcəyə daşımaq əzmindəyik