23 fevral 2024 16:40
610

Türkiyədə zəlzələ oldu - SON DƏQİQƏ/VİDEO

Türkiyədə zəlzələ olub.

“İki sahil” "Haberglobal"a istinadla xəbər verir ki, AFAD-ın məlumatına görə, saat 15:14-də Bursanın Gəmlik bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Yalovanın Gəmlikə yaxın Armutlu və Esenköy qəsəbələrində də hiss olunub.

Seysmik zonada yerləşən Türkiyədə müxtəlif ölçülü zəlzələlər tez-tez baş verir. Ölkənin hər yerində baş verən son zəlzələlər Kandilli və AFAD tərəfindən paylaşılır.

Günel Cəlilova, "İki sahil"