23 fevral 2024 18:23
760

Əjdaha ilinin yaz-yay aylarında dəb necə olacaq? – MODELYERDƏN ÖZƏL ŞƏRH

2024-cü ilin yaz -yay aylarında üst geyimləri yenə iri çiyinli kişi formasını yansıdan “oversize” modellər gündəmdə olacaq. Öz aktuallığı ilə bir tək bel hissədə ister paltolarda, istərsə də pencəklərdə “şunur” kəmərlər dəbdə olacaq.

Bu sözləri “İki sahil”ə özəl açıqlamasında modelyer-dizayner Səkinə Əliyeva söyləyib. 

Modelyerin sözlərin görə, bu ilin dəbdə olan rəngləri əjdaha ili olduğuna görə alova məxsus rəng tonları olacaq. Ən dəbdə olan rənglər isə qırmızı, zoğal və qəhvəyi tonlar olacaq. Yaz aylarında kojalarda dəbdə olacaq. Ən çox qara, bordo, qəhvəyi, qəhvəyinin tünd tonlarında olan üst geyimləri,  pencək, trenclər dəbdə olacaq. 

Həmsöhbətimiz vurğuladı ki, alçaq daban ayaqqabılar və ən əsas baletkalar dəb siyahısında birincidir. Baletkaları istədiyiniz geyimlərlə kombin edə bilərsiniz.

Müsahibimizin sözlərinə görə, 2024-cü ilin yaz və yay aylarında ciddi ofis geyimləri dəbdə olacaq, uzun qələm ətəklər, üçlü dəstlər bu il də dəbini qoruyur.

Yay aylarında ən dəbdə olan geyim bədənə kip oturan donlar olacaq. Artıq balaca "polklassik" sumkalar bu il yerini iri həcmli sumkalarla əvəzləyəcək. Kəpənək formasında olan saç lentləri dəbdə olacaq ki, istənilən geyimlə kombin edə bilərsiniz. Rəngli kalqotkalar da bu ilin dəbidir. Kənarları açıq- çəhrayı, mavi tonlarda  çərçivəli və şüşə fakturalı eynəklər dəbdə olacaq.

Xanımlarımızın dəbli görünmək üçün aksesuar olaraq qırmızı və ağ rəngli mirvarilərdən daha çox istifadə etmələri uyğundur.

Modelyer-dizayner Səkinə Əliyeva xüsusi olaraq diqqətə çatdırdı ki, bu gün dəbdə olan gözəl ola bilər, ancaq  hər bir xanım öz bədən formasına və rəng tonuna yaraşanı geyinərsə, daha gözəl görünər.

Dəyərli xanımlar, unutmayaq ki, dünyanı gözəllik xilas edəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”