1964-cü ildə lentə alınan "Goldfinger" filmi üçün "Aston Martin" şirkəti tərəfindən özəl istehsal edilən avtomobil satışa çıxacaq.
Filmin qəhrəmanı Ceyms Bond bu avtomobildən film boyu istifadə edib.
"Aston Martin DB5" modeli 1963-cü ildə istehsal edilib. Maşın 20 aprel tarixində hərraca çıxarılacaq. Maşın işlək vəziyyətdədir və 2012-ci ildə lentə alınan Ceyms Bond seriyalarından olan "Skyfall" filmində də istifadə edilib.
Avtomobil hərracda 400-600 min dollara təklif ediləcək.
Film çəkilişləri başa çatdıqdan sonra avtomobil müxtəlif avto-sərgilərdə nümayiş etdirilib. Sonra isə Nyu-Yorka aparılıb.