16 fevral 2018 00:27
1427

2030-cü ildən gəldiyini iddia edən gənc

ABŞ-da 2030-cu ildən gəldiyini iddia edən 25 yaşlı Nuh adlı gənc mətbuatın gündəminə düşüb.

"Ölkə.Az" xəbər verir ki, Nuh yeraltından aldığı güc ilə zaman tunelində səfərə çıxdığını bildirib.

Əvvəlcə 2021-ci, sonra isə 2017-ci ilə göndərildiyini bildirən Nuh bu zaman dilimində sıxışıb qaldığını bildirib. Özünü dünyanın ilk zaman səyyahı adlandıran Nuh gələcəklə bağlı müəyyən iddialar səsləndirib:

-2020-ci ildə ABŞ prezidenti yenə də Donald Tramp seçiləcək;
-Ev işlərinə kömək edən robotlardan istifadə ediləcək;
-"Bitcoin" istifadəsi geniş yayılacaq amma kağız pul da hələ də tədavüldə olacaq;
-Qlobal istilişmə səbəbindən Amerika daha isti, Avropa isə daha soyuq olacaq;
-2028-ci ildə insanlar Marsa səfər edəcəklər;
-2028-ci ildə zaman içində səfərlər mümkün olacaq;
-Elektriklə işləyən avtomobillər bir batareya ilə 965 km məsafə qət edəcək;
-Bir çox xərçəng növü müalicə olunacaq;
-2021-ci ildən süni intellektin önəmi artacaq.

Nuh öncəgörmələrini yalan detektoruna bağlı olduğu halda bildirib. Gənc adam sınaqdan uğurla keçib.