24 fevral 2024 13:44
565

Xətai rayonunda Cavanşir küçəsi 21 və Babək prospektində ağacəkmə aksiyası keçirilib - FOTO

Fevralın 24-də Xətai rayonunda “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Cavanşir küçəsi 21 və Babək prospektində ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələri və  MKTB-nin kollektivləri iştirak ediblər. Aksiyada ümumilikdə 500-dən çox ağac əkilib.

Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.