Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.
“İki sahil” xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Ələt-Qazax avtomobil yolunun rayonun Ramal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə Gəncə istiqamətində hərəkətdə olan iki yük avtomobili toqquşub.
Hadisə nəticəsində maşında olan iki nəfər aldığı ağır dərəcəli bədən xəsarətləri nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib
Sabunçu rayonunda Yeni Ramana küçəsinin bir hissəsində təmir işləri aparılacaq