24 fevral 2024 23:11
325

Tailand səfiri: Azərbaycanın Asiya Parlament Assambleyasına uğurla sədrlik edəcəyinə inanıram

Azərbaycanın Asiya Parlament Assambleyasına (APA) uğurla ev sahibliyi edəcəyinə inanıram.

Bunu Tailandın Azərbaycan və Türkiyədəki səfiri Apirat Suqondhabhirom deyib.

O bildirib ki, APA-nın Bakıda keçirilən plenar sessiyasında iştirak edib, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb və APA-nın sədrliyinin Azərbaycan parlamentinə ötürülməsindən məmnunluğunu ifadə edib: “Tailand parlamentinin nümayəndələri də toplantılara qatılmışdı. Ölkəmiz daxil olmaqla APA-ya üzv ölkələrin nümayəndələrinin müzakirə olunan mövzularla bağlı çıxışları dinlənildi və təkliflər səsləndirildi. Mən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdüm. Biz Tailand olaraq Asiya Parlament Assambleyasına sədrliyin Azərbaycana keçməsini məmnunluqla qarşıladıq”.

Səfir vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi də müvəffəqiyyətlə icra edib: “Odur ki, APA üçün də qarşıya qoyulan məqsədlərə çatmaqda çətinliklər olmayacağına inanıram”.

Qeyd edək ki, fevralın 22-də Bakının ev sahiblik etdiyi APA-nın 14-cü plenar sessiyasında bu quruma sədrlik 2024-2025-ci illərdə Azərbaycana keçib.

“Report”