25 fevral 2024 09:33
409

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

“İki sahil”in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.