26 fevral 2024 03:25
345

Türkiyə bu gün dünya miqyasında söz sahibidir

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu müharibə günlərində xalqımız qardaş Türkiyənin Azərbaycana sarsılmaz dostluq mövqeyini gördü, güclü dəstəyini hiss etdi.

Artıq ənənəyə çevrilən  hər iki ölkənin dövlət başçılarının prezident seçkilərindən sonra  qarşılıqlı olaraq Türkiyəyə  və Azərbaycana  səfərləri iki qardaş ölkənin sarsılmaz dostluq nümunəsi kimi dəyərləndirilir.  Prezident İlham Əliyevin türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də  qardaş ölkəyə rəsmi səfəri  dövlət başçımızın  “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir”.

Liderlik fəaliyyətində demokratiyaya, insan hüquq və azadlıqlarının qorunmasına, hər kəsə fərdi yanaşma prinsipinə  üstünlük verən     Prezident Rəcəb Tayyib Ərdoğanın bölgələrə  səfərləri zamanı  insanlarla ünsiyyəti, şəhid ailələrinin ağrı-acısına  həssaslıqla yanaşması,  yoxsul ailələrə  göstərdiyi humanitar yardımlar dövlət başçısının şəxsi keyfiyyətlərini əks etdirməklə onun  əsl vətəndaş,  təcrübəli rəhbər olmasını təsdiqləyir.  “Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər” söyləyən Prezident İlham Əliyevin sözlərini 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki siyasi qüdrətimiz, hərbi gücümüz təsdiqlədi.  Türkiyədə və Azərbaycanda sabitliyi pozmağa çalışanların qarşısı hər iki xalqın  birliyi ilə alındı.

Türkiyə-Azərbaycan  əməkdaşlığının bütünlükdə türk dövlətlərinin birliyinin möhkəmlənməsindəki  əvəzsiz rolu son illərdə  daha da intensivləşib. Qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasında əsas tərəfdaş olan  ölkələrimizin dünya siyasətində artan rolu türkçülüyün, turançılığın  sarsılmazlıq nümunəsidir.

İki dost ölkənin birgə həyata keçirdiyi layihələr kifayət qədər çoxdur.   Nəqliyyat, enerji layihələri ölkələrin sərhədlərindən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır.

Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək

Aidə Hacıyeva,
Xətai rayonu 27 nömrəli tam orta məktəbin Uşaq Birliyinin rəhbəri,
YAP Xətai rayon təşkilatının üzvü