26 fevral 2024 16:55
323

Xocalıda həyatını itirənlərin xatirəsini yad edən azərbaycanlılara qoşuluruq - Polşa səfirliyi

Polşanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Bu gün biz 1992-ci ildə Xocalıda həyatını itirənlərin xatirəsini yad edən azərbaycanlılara qoşuluruq. Xocalıda ailələrini, dostlarını, evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.