Bu gün hamımızın tələb etdiyi Xocalıya ədalət, ilk növbədə, günahsız mülki qurbanların xatirəsinə ehtiramın təcəssümüdür.
“İki sahil” xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
"Bu gün Azərbaycanın dostları, hər hansı xüsusi mövqe tutmayan sadəcə xoşməramlı insanlar bu faciəyə dərin hüznlə kədərləndiklərini ifadə edirlər. Xocalıda yaralanmış uşaqların, qocaların həlak olduğu və dinc əhaliyə qarşı divan tutulduğu dəhşətli qətliamı törədən erməni hərbi cinayətkarlarının axtarılması və cəzalandırılması ilə bağlı ədalətli tələbləri dəstəkləyirlər. Bu gün hamımızın tələb etdiyi Xocalıya ədalət, ilk növbədə, günahsız mülki qurbanların xatirəsinə ehtiramın təcəssümüdür. Onlar o vaxtkı Ermənistanın ərazi iddiaları irəli sürmüş, Sovet İttifaqının dağılmasının təşəbbüskarı olmuş və bu çoxillik, qanlı, müasir tarixdə misli-bərabəri görünməmiş münaqişəyə səbəb olmuş dəhşətli siyasətinin qurbanına çevriliblər”, - deyə politoloq bildirib.
İ.Korotçenko Azərbaycanda ədalətin artıq bərpa olunduğunu vurğulayıb: “Eyni zamanda, biz məmnunluqla qeyd edirik ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı haqq-ədalət İkinci Qarabağ müharibəsinin yekunları, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri sayəsində bərqərar olub. Bu gün Azərbaycan bütün işğalçılardan tamamilə azaddır. Ölkə sürətlə inkişaf edir, müharibənin yaraları sağalır, məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün genişmiqyaslı proqram qəbul edilib. Mən əminəm ki, müasir Azərbaycan Xocalıda dəhşətli soyqırımı törətmiş bütün cinayətkarları cəzalandıracaq”.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır