İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir.
İƏT-in Baş katibi həmçinin bir zamanlar işğal altında olmuş Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş kütləvi vəhşilikləri hərbi, insanlığa qarşı cinayətlər və soyqırımı adlandırıb.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb