28 fevral 2024 09:15
214

Doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, binanın 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və 2 p.m giriş-çıxış kabelləri yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.