28 fevral 2024 08:51
237

Tramp Miçiqanda qalib gəlib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqanda Respublikaçıların praymerizində qalib gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, bülletenlərin 50%-i sayıldıqdan sonra məlum olub ki, Tramp səslərin 67%-dən çoxunu, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli isə cəmi 27,2%-ni toplayıb.

N.Heyli “CNN” telekanalına bildirib ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürmək üçün mübarizəsini davam etdirəcək.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Məhərrəm Ağalaroğlu, "İki sahil"