28 fevral 2024 10:01
263

Erlinq Haaland Corc Bestin rekordunu təkrarlayıb

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Haaland "Mançester Yunayted"in sabiq oyunçusu Corc Bestin rekordunu təkrarlayıb.

“İki sahil” xəbər verir ki, 23 yaşlı forvard buna ölkə kubokunun 1/8 finalında "Luton Taun"a 5 qol vurmaqla nail olub.

Son olaraq Corc Best 1970-ci ildə bu turnirdə penta-trik edib.

Qeyd edək ki, qarşılaşma "şəhərlilər"in 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Holann 2022-ci ildə 60 milyon avroya Almaniyanın "Borussiya" (Dortmund) klubundan "Mançester Siti"yə keçib.