28 fevral 2024 10:20
410

Milli Məclisdə su təsərrüfatı ilə bağlı dinləmələr keçirilir

Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda dinləmələr keçirilir.

“İki sahil” xəbər verir ki, dinləmələri parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Aqrar siyasət komitəsi birgə təşkil edib.

Dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və digər rəsmilər iştirak edir.

Aqrar siyasət komitəsinin sədri T.Rzayev bildirib ki, dövlətlərarası əlaqələrin pozulması bütün sahələrdə olduğu kimi, dünyanın su təsərrüfatında da ciddi problemlər yaradıb və bu, Azərbaycandan da yan keçməyib.

"Ölkəmizdə bu sahədə müəyyən uğurlarla yanaşı çatışmazlıqlar da var", - deyə deputat qeyd edib.