28 fevral 2024 12:02
406

Bakıda İƏT ölkələrinin turoperatorlarının forumu keçiriləcək

Bakıda yaxın aylarda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turoperatorlarının forumunun keçirilməsi planlaşdırılır.

"İki sahil” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, tədbir 2 gün davam edəcək.

Forum çərçivəsində qonaqların İçərişəhərə, "Atəşgah məbədi" tarixi-memrarlıq qoruğuna ekskursiyası təşkil ediləcək.