Bu ayın sonundan etibarən İraqın Kərkük şəhərindəki yataqlardan hasil edilən xam neft tankerlərlə İrana ixrac olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kərkük şəhər məclisinin enerji komissiyasının üzvü Necat Hüseyn deyib.
O bildirib ki, İraqla İran arasındakı razılaşmaya görə fevral ayının sonundan Kərkükdən İrana tankerlərlə xam neft ixracına başlanılacaq. Bu proses Kərkük-Ceyhan boru kəmərindən neft ixracına yenidən başlanana qədər müvəqqəti davam edəcək. İxrac həcminin ilk mərhələdə gündəlik 20 min barrel, daha sonra isə 30 və ya 60 min barrel olması gözlənilir.