Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin əməkdaşları ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalvo “X”də yazıb.
"Azərbaycan Prezident Administrasiyası ilə BMT İnkişaf Proqramı arasında güclü əməkdaşlıq... 2024-cü il bizim üçün gərgin il olacaq. Biz buna hazırıq", - o qeyd edib.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb