28 fevral 2024 20:51
631

Fransa Ermənistanı silahlandırmaqla regionda gərginliyi artırmağa çalışır - EKSPERT/ÖZƏL

2021-ci ildə Fransa Ermənistanla müdafiə potensialının genişləndirilməsi üzrə İşçi Qrup səviyyəsində strategiya işləyib  hazırlayıb. Bu strategiyanın həyata keçirilməsi isə 2023-cü ilin aprel ayında Fransanın xarici işlər naziri Katrin Kalonnanın Ermənistana səfərindən sonra baş verdi. Attaşenin təyin olunması keçən il aprel ayında  Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfəri zamanı elan olundu.  Fransanın İrəvandakı səfirliyində  hərbi attaşe təyinatı ilə Ermənistan-Fransa müdafiə əməkdaşlığı fəallaşdı. Bu Azərbaycan və Ermənistan arasında həm Vaşinqton, həm də Brüssel formatı çərivəsində aparılan danışıqlar fonunda  Fransanın münaqişənin yenidən bərpa etmək cəhdləri idi. 

Bundan bir neçə gün sonra isə Fransanın  Ermənistana zirehli texnika və silah tədarükü  başladı. Ötən ilin may ayından başlayaraq  və 50 ədəd VAB MK3 zirehli texnika  tədarük olundu. Bu il üçün isə Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” və “Şerpa” zirehli maşınları tədarükü planlaşdırılır.  Planlaşdırılan silah təchizatına "Thales"dən 250 kilometr məsafədə rəqib təyyarələrini aşkar etməyə imkan verən üç Ground Master radarı - GM 200 və həmçinin gecəgörmə cihazları daxildir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib. 

Ekspert qeyd edib ki, tərəflər arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişində Fransa ordusunun bu il erməni hərbçiləri üçün 3 dağ hərbi alpinizm adı altında döyüş hazırlığı kursu keçirməsi nəzərdə tutulur. Rəsmi Paris bununla  təcəvüzkar Ermənistanı müasir silahlarla təmin etməsi ilə sülh prosesinə zərbə vurmağa  və regionda gərginliyin artmasına çalışır. Fransa aktiv şəkildə Cənubi Qafqazda hərbi mövcudluğu genişləndirmək üçün Ermənistanla müdafiə sahəsində əməkdaşlığın hüquqi bazasını formalaşdırmağa çalışır. Ümumiyyətlə, Fransanın bu addımları Parisin Ermənistanın hərbi arsenalını genişləndirmək istiqamətində ilk addımları deyil.

Fransa həm keçmiş işğal dövründə, yəni ATƏT-in Minsk Qrupunun həmsədri olduğu dövrdə, həm 44 günlük Vətən müharibə dövründə, eləcə də ondan sonra Ermənistan ordusunun Azərbaycanın əsgərinə və vətəndaşlarına tuşlanmış silahların verilməsində iştirak edib. 44 günlük Vətən müharibəsinə qədər bu  iki ölkə arasında münasibətlərin hərbi-siyasi ölçüsünü tam əhatə edəcək hərtərəfli strateji saziş və ya müqavilə mövcud deyildi. Hazırda isə Fransa  Ermənistanla  müdafiə sahəsində əməkdaşlığın inkşafını üç istiqamətdə: ikitərəfli, Aİ missiyası və NATO çərçivəsində  davam etdirmək üçün hüquqi bazalar formalaşdırır. 

Politoloq onu da qeyd edib ki, ötən iki il ərzində ölkələrarası rəsmi razılaşmalara görə Fransa Ermənistana hava hücumundan müdafiə, hərbi alpinizm, sülhməramlı və  Aİ-nin missiyası  çərçivəsində hərbi yardımlar göstərir.

Cavid Əkbər, "İki sahil"