29 fevral 2024 10:25
447

Ombudsman gələn həftə Milli Məclisdə hesabat verəcək

Martın 5-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

“İki sahil” xəbər verir ki, toplantıda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi müzakirə olunacaq.

Məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edəcək.