29 fevral 2024 13:44
393

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində danışıqları başlayıb -  YENİLƏNİB

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların ikinci günündə növbəti görüş başlayıb.

“İki sahil” xəbər verir ki, danışıqlar Berlində baş tutur.

Qeyd edək ki, danışılar fevralın 28-də başlayıb.

***

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Berlində davam etdiriləcək.

“İki sahil” xəbər verir ki, danışıqlar fevralın 28-də başlayıb.

Dünən əvvəlcə nazirlər arasında ikitərəfli görüş keçirilib. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib.

Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.