29 fevral 2024 16:46
1256

Agentlik: Azərbaycan bərpa olunan enerji sahəsində irimiqyaslı layihələrin reallaşdırılmasına başlayıb

Azərbaycanda atmosferə karbon tullantılarının çoxu əsasən energetika sektoru və nəqliyyatın payına düşür.

“İki sahil” xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdir müavini Sahib Xəlilov “Caspian Energy Club” tərəfindən təşkil olunan “Yaşıl dünya naminə həmrəylik ili " mövzusunda “Caspian Energy Meet Up” zamanı bildirib.

Onun sözlərinə görə, qeyd olunanların qarşısını almaq üçün və qlobal iqlim dəyişikliklərinin qarşısının alınmasına töhvə vermək məqsədi ilə Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsinin inkişafı istiqamətində müvafiq işlər aparılır.

"Bu sahədə artıq irimiqyaslı layihələrin həyata keçirilməsinə başlanılıb. Belə ki, 2023-cü ilin oktyabrında "Masdar" şirkəti tərəfindən tikilmiş "Qaradağ" günəş elektrik stansiyası istifadəyə verilib", - Sahib Xəlilov qeyd edib.

Onun sözlərinə görə, bu stansiyanın işi ildə Təqribən 400 min. karbon dioksidin (CO2) atmosferə tullanılmasının qarşısın almağa imkan verəcək.