29 fevral 2024 17:47
438

Azərbaycan Türkiyə şirkətini natrium sianid istehsalına cəlb etmək istəyir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə Azərbaycanda natrium sianid istehsalı layihəsini müzakirə edib.

“İki sahil” xəbər verir ki, nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini nəzərdən keçirdik", - deyə o qeyd edib.