Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirib.
Nazirlər, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi barədə danışıblar.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
“İki sahil” xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.
Onların müzakirə etdikləri məsələlər hələ ki açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl, Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla da görüşüb.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb