Tailand sakini olan Ciravut Ponqpxan oynadığı lotoreya biletindən bir milyon dollar udur. Lakin ən pisi isə bundan sonra baş verir. Belə ki, tailandlı Ciravut lotereyadan bir milyon dollar udduğunun sevincini yaşadığı bir zamanda anidən uduşlu bileti itirdiyinin fərqinə vardıqdan sonra özünə qəsd edib.
Özünü öldürməmişdən öncə Ciravut üzrxahlıq məktubu yazıb. Verilən məlumata görə, baş verən insidentdən qabaq bu xoş hadisəni qeyd etmək üçün o bütün yaxın qohumlarını evinə dəvət edib. Evdə baş tutan şənlikdən sonra tailandlı kişi lotoreya biletini itirdiyini dərk edib. Təbii ki, biletsiz bu uduşu əldə etmək mümkün deyildi.
Bundan sonra depressiyaya düşən Ciravut Ponqpxan işə getməkdən belə imtina edib. Ağır depressiya nəticəsində kişi öz həyatına qəsd edib.
Könül Əliyeva, “İki sahil”