02 mart 2024 02:37
644

Sürücülük vəsiqəsi olmadan idarə oluna bilən avtomobil?

Avropada çox adamın sürücülük vəsiqəsi var, amma hər kəsin yox - bəziləri imtahandan keçə bilmir, bəzilərinin oxumağa vaxtı çatmır və s. Ancaq sürücülük arzusu olanlar çoxdur. Qanunu pozmadan bunu necə etmək olar?

Bunun üçün lisenziyasız idarə oluna bilən avtomobil ortaya çıxıb. Belə bir avtomobil İsveçrədə təqdim edilib. Maşını “Microlino Lite” adlandırıblar. Cihaz saatda 45 kilometrə qədər sürətlənir və siz onu 14 yaşından idarə edə bilərsiniz. Təbii ki, yalnız Avropa ölkələrində.

Fakt odur ki, Avropada belə bir avtomobil ölçülərinə görə moped kimi təsnif edilir. 2,5 metr uzunluğunda, 1,47 enində və 1,5 hündürlüyündə və bütünlükdə 6 kVt gücə malikdir. Yeri gəlmişkən, maşının qiyməti Rusiya valyutası ilə 1,7 milyon rubl təşkil edir.

Nubar Süleymanova, “İki sahil”