14 fevral 2018 01:52
1312

Elektrik avtomobilləri üçün platforma hazırlanır

"Porsche" və "Audi" şirkətləri yeni elektrik avtomobillərinin yaradılması üçün səylərini birləşdirməyi planlaşdırırlar.

Şirkətlər əvvəllər də müəyyən modellər üçün ümumi platformalardan istifadə ediblər. Bu səbəbdən də "Porsche" və "Audi"nin vəsaitlərə qənaət etmək üçün birləşmələri təəccüblü deyil.

Əldə edilən məlumata görə, artıq 2021-ci ildə bir neçə elektrik maşını təqdim ediləcək. "Audi" iki sedan və iki yolsuzluq avtomobili üzərində işləyir. "Porsche" isə "Macan" modelinin istehsal edildiyi zavoddakı innovasiya platformasında ilk modelini yaratmağı planlaşdırır.