Azərbaycan və Ermənistan normallaşma əlaqələrinin əsas prinsipləri barədə razılığa gəliblər.
“İki sahil” xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan “CNN Türk”ə müsahibəsində deyib.
O bildirib ki, əsas məsələlərdən dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması və suverenlik əsasında kommunikasiya xətlərinin açılmasıdır: “Sülhə ən qısa vaxtda nail ola bilərik”.
Diplomat qeyd edib ki, Ermənistan sülh üçün əlindən gələni edir: "Türkiyə və Ermənistan arasında normallaşma əlaqələri İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına da təsir edə bilər".
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb