Azərbaycan hərbi təminat baxımından Türkiyə ilə əməkdaşlıqda maraqlıdır, bu istiqamətdə konkret addımılar atılır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Burada əməkdaşlığın müxtəlif formaları mövcuddur. Türkiyədə istehsal olunan silahların alınması, Azərbaycanda hər iki ölkənin müştərək hərbi istehsalının qurulması, eləcə də bu ölkənin iri layihələrində azərbaycanlı mütəxəssislərin iştirakı buraya daxildir. Bunların hər birinin ayrı-ayrılıqda əhəmiyyəti böyükdür, hər 3 istiqamətdə önəmli qərarlar qəbul edilib. Düşünürəm ki, gələcəkdə bunun effektini daha çox görəcəyik", - C.Bayramov deyib.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb