04 mart 2024 03:11
290

Tarixi həqiqətlər

Yaşadığımız dövrün gerçəklikləri ,tarixi reallıqlar göstərir ki, böyük, güclü şəxsiyyətlər tarixin özüdür. Onlar idarəçilik məktəbi yaradaraq xalqın tarixində dərin iz buraxmış, faydalı ,dolğun fəaliyyəti sayəsində möhkəm təməllər üzərində dövlətçilik ənənələri inşa etmişlər. Xalqımızın xoşbəxtliyinə, bəxtiyarlığına ,gələcəyinə öz əməllərilə işıq salan Dahi Liderimiz belə şəxsiyyətlərdən idi. 1992-ci il gənc dövlətimiz üçün tarixi hadisə baş verir. Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.

Bu, doğurdan da xalqımız üçün dönüş nöqtəsi, tarixi hadisə idi. Çünki müstəqilliyimizin ilk ayları , ilk illəri çox ağır idi . Müharibə şəraitində yaşamağımız, hərbi uğursuzluğumuz cəmiyyətimizi , həqiqətən ,sarsıtmışdı. O vaxtkı iqtidarın bacarıqsızlığı, peşəkarsızlığı , xəyanəti nəticəsində demək olar ki, müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran,iqtisadi tənəzzül , siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə qabaqcıl, cəmiyyətdə böyük nüfuza sahib ziyalılarımız Ulu Öndərimizin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaratmaq qərarına gəlirlər. Ulu Öndərin müdrikliyi, cəmiyyətdəki nüfuzu qısa zaman çərçivəsidə partiyanın öz ideyalarını həyata keçirməsinə imkan verirdi. Təsadüfi deyil ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışdı. Azərbaycanın uğurlu inkişafının təməli məhz o illərdə qoyulmuşdu. Böyük infrastruktur layihələrin hazırlanması, xarici investorların ölkəmizə dəvət olunması , siyasi sabitliyin bərpa olunması , dövlətçilik ideologiyamızın güclənməsinə səbəb olmuşdur.

Əlbəttə, həqiqət ondan ibarətdir ki, bu gün siyasi müstəvidə bizə rəqib ola biləcək siyasi qüvvə yoxdur. Ulu Öndərin əsasını qoyduğu uğurlu daxili və xarici siyasətimiz davam etdirilir , böyük məsələlərimizi özümüz həll edirik. Ən böyük məsələmiz olan Qarabağ problemimiz Ali Baş Komandanımız İlham Əliyev tərəfindən öz həllini tapmışdır. Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza , o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Üçrəngli bayrağımızın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Xankəndində dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün , möhkəm iradəsinin çox parlaq bir nümunəsidir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazı bütövlüyünü bərpa etdi. İndi Qalib xalqın Qalib Lideri birliyimiz , həmrəyliyimiz sayəsində qovuşduğumuz torpaqlarda bərpa-quruculuq işlərini, “Böyük Qayıdış” proqramını böyük ruh yüksəkliyi ilə həyata keçirməkdədir.

Bu gün hər bir azərbaycanlı qürurludur ki, artıq torpaqlarımızın işğal deyil, azad olunduqları tarixləri qeyd edirik. Zəfərimiz mübarək olsun! Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandanımız! Artıq Biz Qayıtmışıq!

Könül Mahmudova,
YAP Xətai rayon təşkilatının üzvü