Xaçmazda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində baş verib.
VAZ 2107 və VAZ 21010 markalı avtomobillərin toqquşması nəticəsində biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Milli Məclisin komitə sədri Siyavuş Novruzov Şərur rayonunda vətəndaş qəbulları keçirib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Lənkəran şəhərində vətəndaşlarla görüşüb
Qarabağ Universitetində beynəlmiləlləşmə: Əməkdaşlıqdan real akademik imkanlara