13 fevral 2018 20:17
1213

ABŞ neft hasilatında Rusiyaya çatacaq

ABŞ sutkalıq xam neft istehsalında Rusiyaya çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, ABŞ-ın neft hasilatının həcmi ötən illə müqayisədə 1 milyon 300 min barrel artıb: “Tezliklə ABŞ gündəlik neft istehsalında Səudiyyə Ərəbistanını keçəcək və bu ilin sonunda isə Rusiyaya çatması gözlənilir”.