Bu gün dünya ictimaiyyətini müharibə və münaqişələrlə yanaşı iqlim dəyişikliyi də narahat edir və bunun qarşısının alınması istiqamətində mühüm addımlar atılır. Enerji keçidinə xidmət edən bütün istiqamətlərdə Azərbaycan sürətlə irəliləyır. Bu öz əksini ölkədə energetika infrastrukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şəraitdə təmin edilməsində öz əksini tapıb. Azərbaycanın enerji transformasiya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar, həmçinin Azərbaycan Prezidentinin iradəsi ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Dövlət başçısının təbirincə desək, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır.

Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.
Gördüyümüz kimi, Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür.
Şəmsiyyə Əliqızı, "İki sahil"